2024-cü ilin ilk 9 ayında Azərbaycan Respublikası Dövlət Neft Fondunun(ARDNF) büdcədənkənar gəlirlərinin həcmi 4 197,6 mln. manat və ya 2 469,2 mln. ABŞ dolları təşkil edib. Büdcədənkənar gəlirlərin strukturunda hesabat tarixinə qızılın qiymətinin dəyişməsindən 3 679 mln. manat və ya 2 164,1 mln. ABŞ dolları və valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə isə 518,5 mln. manat və ya 305,0 mln. ABŞ dolları olub.
“APA-Economics” xəbər verir ki, bu Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində əks olunub.
Qeyd edilib ki, Fondun investisiya portfelinə daxil olan valyutaların məzənnələrinin dəyişikliyindən yaranan gəlir/zərərə nəzər yetirdikdə 16 valyutadan 6-si üzrə zərər, 10 valyuta üzrə isə gəlir əldə edib.
Fondun investisiya portfelinə daxil olan valyutaların 2024-cü ilin 9 ayı ərzində valyuta məzənnələrinin dəyişikliyindən yaranan gəlir/zərərləri barədə məlumat. ABŞ dolları ilə: