AZ

Məşhur şahmatçılar Azərbaycan çempionatında İŞTİRAK EDƏCƏKLƏR

Yanvarın 31-də kişi və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçiriləcək.

Azərbaycan Şahmat Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, kişilərin çempionatı olimpiya sistemi üzrə 26 iti zəka sahibinin iştirakı ilə təşkil olunacaq.

Qadınların mübarizəsində isə 16 şahmatçının iştirakı gözlənilir. Reqlamentə əsasən, şahmatçılar bir-biri ilə iki dəfə ağ və qara fiqurlarla mübarizə aparacaqlar. İki partiyadan sonra heç-heçə qeydə alınarsa, qalib tay-brekdə müəyyənləşəcək.

Azərbaycan şahmatında ilk dəfə ölkənin bütün aktiv şahmatçıları çempionluq uğrunda zəka mübarizəsinə qoşulacaqlar.

Əvvəlcədən elan olunduğu kimi, milli komandanın bütün üzvləri, Beynəlxalq Şahmat Federasiyasının reytinqinə əsasən yüksək yerlərdə qərarlaşanlar və I dəstədə ən yaxşı nəticə göstərən şahmatçılar çempionluq uğrunda yarışacaqlar.

Ümumilikdə qələbə uğrunda 19 ölkə çempionatının qızıl medalçısı, 5 Avropa çempionu, Dünya Kubokunun sahibi və beynəlxalq turnirlərin qalibləri çıxış edəcəklər.

Azərbaycan yarışında üçqat Avropa çempionları Şəhriyar Məmmədyarov (rapid üzrə dünya çempionu) , Teymur Rəcəbov (Dünya Kubokunun sahibi), Rauf Məmmədov, son ölkə çempionu Aydın Süleymanlı, Eltac Səfərli o cümlədən Vasif Durarbəyli, İddiaçılar Turnirinin iştirakçısı Nicat Abasov, qitə çempionu Eltac Səfərli, Məhəmməd Muradlı və digərləri mübarizə aparacaqlar.
 

Qadınların mübarizəsində Avropa çempionu Ülviyyə Fətəliyeva, milli komandanın üzvləri – qitə çempionatının medalçıları Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, eyni zamanda, son çempion Ayan Allahverdiyeva, Türkan və Zeynəb Məmmədyarovalar yarışacaqlar.


Kişi şahmatçıların çempionatının ümumi mükafat fondu 90 min, qadınlarda isə 30 min manat təşkil edir. Reqlamentə əsasən, kişilər arasında çempionatın qalibi 20 min, qadınların turnirində birinci yerin sahibi isə 10 min manat qazanacaq.

Bizim.Media

Seçilən
7
13
bizim.media

10Mənbələr