AZ

İrandan Trampa: İsrailliləri Qrenlandiyaya apar, bir daşla 2 quş vur!

Donald Trampın fələstinlilərin başqa ölkələrə yerləşdirilməsi çağırışına İranın xarici işlər naziri Erakçi reaksiya verib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın çağırışı ilə bağlı İranın xarici işlər naziri Abbas Erakçi, "Fələstinlilərin yerinə israilliləri sürgün etsin. Qoy onları Qrenlandiyaya aparsın. Bu yolla bir daşla iki quş öldürüb problemi həll edə bilər" -deyə, bildirib.

Nazir Erakçi, Britaniyanın Sky News televiziyasına verdiyi açıqlamada, yeni nüvə müzakirəsinə qarşı olmadıqlarını, lakin İranın danışıqların digər tərəfləri ilə etibar problemi olduğunu bildirib.

İranın danışıqların yenidən başlaması üçün ona güvəndiyini deyən Erakçi, hələ də bu nöqtədən uzaq olduqlarına diqqət çəkib.

Bir çox çətin problemlərin həllinin diplomatiya olduğunu ifadə edən Erakçi, "Ancaq ilk növbədə qarşı tərəfin bizim etibarımızı qazanmaq üçün çox şey etməsi lazımdır" deyib.

Keçmişdə aparılan danışıqlara və etimad yaradılmasına baxmayaraq İrana qarşı sanksiyaların tətbiq edildiyini xatırladan Erakçi deyib:

"Bunun alternativinin nə olduğunu bilmirəm. Hazırda qiymətləndirmə mərhələsindədir. Sizə açıq deyim ki, İranda bu alternativlə bağlı müzakirələr gedir. Bütün səviyyələrdə, o cümlədən adi vətəndaş səviyyəsində müzakirələr aparılır. Fərqli fikirlər var. Hansının üstünlük təşkil edəcəyini bilmirəm, amma müzakirələr davam edir, lakin oktyabrda "Biz bir qərar verməli olduğumuz bir nöqtəyə gələcəyik. Bu ilin oktyabrı böhranın başlanğıcı ola bilər və bundan qaçmalıyıq".

ABŞ prezidenti Donald Trampın danışıqlarla bağlı açıqlamalarına toxunan Erakçi Trampın təkliflərini dinləyib qərar verəcəklərini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
9
turkustan.az

1Mənbələr