AZ

Renat Dadaşov Azərbaycana gəlir - "Neftçi", yoxsa "Qarabağ"?

Daha öncə xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının forvardı Renat Dadaşov “Ankaragücü”nü tərk etməyə yaxındır.

Apasport.az saytına verilən məlumata görə, paytaxt klubundan ayrılacaq hücumçu karyerasını Azərbaycanda davam etdirə bilər. 

Onun xidmətində “Neftçi” və “Qarabağ” maraqlıdır. Dadaşov iki klub arasında seçim etmək şansına sahibdir.

Lakin Renat Azərbaycana qayıtmaq istəməsə, Türkiyədə də qala bilər. Çünki 1-ci Liqa təmsilçiləri “Boluspor” və “İğdır” da forvardı heyətlərinə qatmaq istəyirlər.

Dadaşov özü də “Ankaragücü”ndə qalmaq istəmir. Mövsümün sonuna yaxın Renat yeni sezonla bağlı seçimini edəcək.

Onun maaşı yüksək olduğundan Ankara təmsilçisi də yolları ayırmağa müsbət yanaşır. Dadaşov maaş məsələsində endirimə gedərsə, Türkiyə klubu ona yeni müqavilə təklif edəcək.

Qeyd edək ki, 25 yaşlı forvardın “Ankaragücü” ilə sözləşmə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

"Sabah"dan yeni transfer - Rəsmi

"Olimpiakos" - "Qarabağ" oyununun hakimləri bəlli olub

“Sabah” “Qarabağ”ı, “Neftçi” “Kəpəz”i məğlub etdi

“İmişli” iki futbolçusu ilə vidalaşıb

Ruslan Qurbanov: "Mənim üçün pul o qədər önəmli deyil, pulum var"

Seçilən
19
8
apasport.az

10Mənbələr