AZ

ÇL oyunundan əvvəl 59 azarkeş həbs olundu

Almaniya polisi bu gün Almaniyada keçiriləcək "Ştutqart"la Çempionlar Liqası matçından əvvəl Fransanın PSJ klubunun 59 azarkeşini həbs edib.

Publika.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Bildirilir ki, ötən gecə hər iki klubun ultrasları arasında şəhərin küçələrində ciddi toqquşmaya səbəb ola biləcək gərginlik yaşanıb. Polis bunun qarşısını almaq üçün qonaq komandanın ən aqressiv tərəfdarlarını həbs edib.

Qarşılaşmada 3300-ə yaxın parisli azarkeşin olacağı gözlənilir və baş verə biləcək insidentlərin qarşısını almaq üçün əhəmiyyətli polis qüvvəsi cəlb edilib.

Seçilən
6
4
publika.az

10Mənbələr