AZ

® “Kapital Bank”ın dollar istiqrazlarına abunə yazılışı yekunlaşıb

Xəbər verdiyimiz kimi, 2025-ci il 8 yanvar tarixində “Kapital Bank”ın 25 milyon dollar həcmində subordinasiya istiqrazlarının abunə yazılışına start verilib.

İstiqrazları 2025-ci il 10 yanvar tarixindən etibarən 12 gün ərzində “Kapital Bank” filiallarından əldə etmək mümkün olub. Qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 2025-ci il 24 yanvar tarixində yekunlaşıb.

120 investorun iştirak etdiyi yerləşdirmədə ümumi sifarişlərin həcmi 25 milyon dollar olub. İstiqrazların nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi 7 faiz, faiz ödəniş dövrü hər 30 gündən bir, tədavül müddəti isə 7 il təşkil edir. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

“Kapital Bank”ın dollar istiqrazlarını əldə edən hər kəs illik gəlirini nə az, nə çox 7 faiz artıra bilər. Maliyyə bazarının bu unikal təklifi müştərilərə aylıq gəlir qazandırır. Qeyd edək ki, istiqrazlar üzrə faiz ödənişləri vergidən azaddır. Eyni zamanda, istiqrazların abunə yazılışı ilə bağlı bütün komissiyalar bank tərəfindən ödənilir.

Ətraflı məlumat üçün: https://kbl.az/ib

Xatırladaq ki, 2024-cü ildə “Kapital Bank”ın ümumi həcmi 145 milyon dollar və 100 milyon manat olmaqla 7 istiqraz emissiyası baş tutub. Eyni zamanda, bank ötən il ilk dəfə olaraq filiallarda da istiqrazların abunə yazılışını həyata keçirməyə nail olub. Ümumilikdə 450-dən çox investorun iştirak etdiyi abunə yazılışlarında fiziki şəxslər öz aktivlikləri ilə seçiliblər. Bankın istiqrazları təkrar bazarda da aktiv ticarət olunub. Ötən il ərzində investorlar arasında 52 milyon manatdan çox ticarət aparılıb.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holdinq”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi - 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Seçilən
3
49
azertag.az

10Mənbələr