AZ

Erkən xəbərdarlıq sistemləri insanların həyatını xilas etməyə və ekosistemləri qorumağa kömək edir

Erkən xəbərdarlıq sistemləri insanların həyatını xilas etməyə və ekosistemləri qorumağa kömək edir.


UNEP-in məlumatına görə 2024-cü ildə istixana qazı emissiyaları ən yüksək səviyyədə olub və 2024-cü il tarixə ən isti il kimi düşüb. Bu isə öz növbəsində güclü meşə yanğınlarından şiddətli daşqınlara qədər iqlim təsirlərinin güclənməsinə səbəb olub.
İqlim dəyişikliyinə uyğunlaşma və fəlakət riskinin azaldılması, daşqınlar, quraqlıqlar və qasırğalar kimi iqlim böhranının nəticələrinin proqnozlaşdırılması üçün Erkən Xəbərdarlıq Sistemləri sübut edilmiş effektiv və səmərəli üsuldur. Onlar iqlimlə bağlı təhlükələr qarşısında insanların həyatını xilas etməyə, dolanışıq vasitələrini, torpaqları, infrastrukturu və ekosistemləri qorumağa, eləcə də uzunmüddətli davamlılığı dəstəkləməyə kömək edir.
Dünya əhalisinin 1/3-i, əsasən də az inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri hələ də erkən xəbərdarlıq sistemləri ilə təchiz olunmayıb.
2022-ci ildə BMT-nin Baş Katibi fəlakət riski ilə bağlı bilik və idarəetmə, müşahidə və proqnozlaşdırma, xəbərdarlıqların yayılması və çatdırılması, hazırlıq və reaksiya imkanlarını gücləndirmək üçün bütün ölkələrə Erkən Xəbərdarlıqlar Sistemlərini tətbiq etmələrini bildirib. Ekologiya.az
Seçilən
3
31
ekologiya.az

10Mənbələr