AZ

Əfqanıstanda ilahiyyatçılar Talibanı qızların təhsil almasına icazə verməyə çağırdı

Əfqan üləması (din alimləri) Kabildə “Əfqanıstan xalqları arasında sülh və tolerantlıq” mövzusunda keçirilən elmi seminarda ölkə hakimiyyətini inklüziv hökumət yaratmağa və qızlar üçün məktəblər açmağa çağırıb. 

HİT.az xəbər verir ki, bu barədə “Tolo news” xəbər portalı məlumat yayıb.

İslami Dəyərlərin Qorunması və Cihad Üləma Şurasının sədri Əbdülqadir Kanat İslam cəmiyyətinin ehtiyac duyduğu biliklərə yiyələnmənin müsəlmanların vəzifəsi olduğunu deyib. Söhbət mamalıq, tibb və qadınlar üçün lazım olan digər fənlərdən gedir.

Üləma Əbdül Həsən öz növbəsində qeyd edib ki, Əfqanıstan xalqına hakimiyyətin real təhvil verilməsi onun bütün sakinlərinin ölkədə öz yerini və orada iştirakını görməsi üçün zəruridir. Onun sözlərinə görə, bu, Əfqanıstanın əsaslarını gücləndirəcək.

İlahiyyatçılar həmçinin əfqan qadınlarını cəmiyyətdə baş verən pozuntulara biganə qalmamağa və öz hüquqlarını müdafiə etməyə, İslami dəyərləri və inancları uğrunda mübarizə aparmağa çağırıblar.

2021-ci il avqustun əvvəlində islamçı radikal dini-siyasi hərəkat Taliban Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumunu gücləndirib, avqustun 15-də Kabilə daxil olub və ertəsi gün müharibənin başa çatdığını elan edib. İki həftə ərzində Qərb vətəndaşları və onlarla əməkdaşlıq edən yerli sakinlər fəal şəkildə evakuasiya edilib. Avqustun 31-nə keçən gecə ABŞ əsgərləri Kabil hava limanını tərk edərək, ABŞ-ın Əfqanıstandakı təxminən 20 illik hərbi mövcudluğuna son qoyub.

Samir

Seçilən
6
2
hit.az

3Mənbələr