ATV kanalının canlı yayımında gərgin anlar yaşanıb.
Oxu24.com xəbər verir ki, Zümrüd Bədəlovanın aparıcısı olduğu "Gün ortası" verilişində müğənni İntiqam Kərimov klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunu "hansısa dütdək (red-tütək nəzərdə tutulur) çalan adlandırıb".
Tərəflərin arasında yaranan gərginliyə səbəb müğənni Vəfa Şərifovanın "Dilbərim"ariyasını oxuması və bu ifa ətrafında başlayan müzakirə olub.
Daha ətraflı videonu təqdim edirik:
Nigar