AZ

Türkiyədə xüsusi əməliyyat - 100 nəfər saxlanıldı

Türkiyədə xüsusi əməliyyat zamanı İŞİD terror təşkilatının üzvü olmaqda şübhəli bilinən təxminən 100 nəfər saxlanılıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Ali Yerlikayanın verdiyi məlumata görə, əməliyyat bir həftə ərzində İstanbul və Ankara da daxil olmaqla 24 vilayətdə həyata keçirilib.

Saxlanılan şəxslər İŞİD sıralarında döyüş əməliyyatlarında iştirakda, terror təşkilatının maliyyələşdirilməsində və sosial şəbəkələrdə terrorun təbliğində ittiham olunurlar. Əməliyyat zamanı çox sayda sənəd və rəqəmsal materiallar müsadirə edilib.

Seçilən
11
1
day.az

10Mənbələr