AZ

Bakının mərkəzində mədəni irsimizə hörmətsizlik: Tarixi binanın fasadını QARA BOYA İLƏ YAZDILAR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının mərkəzində, Nizami küçəsində məşhur Azərbaycan bəstəkarı Qara Qarayevin ev muzeyi yerləşən binanın üstündə qara boya ilə yazılar yazılıb.
Oxu.Az xəbər verir ki, bu barədə memar Elçin Əliyev sosial hesabında paylaşım edib.
Memar qeyd edib ki, Q.Qarayevin ev muzeyinin olduğu bina tarixi binadır və dövlət tərəfindən qorunur. Onun üzərində qara boya ilə bu şəkildə yazı yazılması yolverilməzdir.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, sözügedən memarlıq abidəsinin fasad hissəsinə edilmiş müdaxilə aradan qaldırılıb, yazılar silinib.
"Bir daha bütün vətəndaşları, əlaqədar təşkilatları tarixi irsimizə həssas yanaşmağa çağırır, abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət olunmasını tələb edirik", - deyə açıqlamada bildirilir.
Əzizə İsmayılova
Seçilən
7
50
oxu.az

10Mənbələr