Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Modern.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Həyata keçirilən operativ tədbirlər sayəsində onaltımərtəbəli yaşayış binasının şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın zamanı 3 nəfər xilas olunub, 12-si uşaq olmaqla 36 nəfər bina sakini təxliyə edilib.
Yanğın nəticəsində binanın 10-cu mərtəbəsindən 15-ci mərtəbəsinə kimi şaxta boyunca elektrik kabelləri yanıb.
Mənzillər yanğından mühafizə olunub.