AZ

Ətin qiyməti daha da artacaq...

Son günlər yenə ətin  qiymətində artım müşahidə olunmaqdadır.

İqtisadçı ekspert Akif Nəsirli Hit.az-a bildirib ki, ətin satış qiymətinin yüksəlməsi gözlənilən idi:

 “Heyvandarlığın inkişaf etdirilməsi üçün şərait yaradılmalıdır. Ətin bahalaşmasının 1 nömrəli səbəbi ətin qıtlığıdır. 2015-ci ildən başlayaraq fermaların əlində olan torpaqları boşaldaraq , pambıq əkdilər. Yonca sahələrini pambıqla əvəz etdilər. 100 illərlə əkilməyən torpaqları hansı ki, orda örüş sahələri vardı, pambıq əkdilər. İndi heyvanı saxlamağa yer yoxdur. Hazırda heyvan saxlayanlar qapalı şəraitdə saxlayır. Qapalı şəraitdə də hevan əti baha başa gəlir. Buna ot, yem vermək lazımdır. Əvvəl heyvan örüşdə otlayırdı, axşam gələndə ona yem verirdilər. Amma indi qapalı şəraitdə ona daim ot, yem vermək, onun altını-üstünü təmizləmək lazımdır. Bunlar hamısı xərcdir. Bu xərc də ətin üstünə gəlir. Ona görə də ət həm qıtdır, həm də baha başa gəlir. Maya dəyəri artıb. Ətin qiyməti artıb və artmağa da davam edəcək”.

Sevinc
 

Seçilən
9
1
hit.az

2Mənbələr