"Qrenlandiya ABŞ-ın ada iqtisadiyyatına sərmayə qoymasında maraqlıdır".
Teleqraf.com xəbər verir ki, bunu adanın biznes, ticarət, mineral ehtiyatlar, ədliyyə və gender bərabərliyi naziri Naaya Nathanielsen “The American Conservative” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Amerikanın Qrenlandiyada həm mədənçıxarma sektorunda, həm də digər sənaye sahələrində investisiya üçün geniş imkanları var. Nazir qeyd edib ki, xüsusilə mədənçıxarma sektoru ABŞ-da tədarük zəncirləri üçün faydalı ola bilər. Adada ABŞ üçün kritik əhəmiyyət kəsb edən çoxlu minerallar var.
Müəllif: Arzu