AZ

Konqoda üsyançılar hava limanını ələ keçirdi

“23 Mart Hərəkatı” (M23) üsyançı qruplaşması Konqo Demokratik Respublikasının şərqindəki Qoma şəhərinin hava limanına nəzarəti ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Aeroportun ələ keçirilməsi ilə bağlı məlumatı agentliyə Konqo Demokratik Respublikasının müstəqil seçki komissiyasının keçmiş sədri və Konqo Çay Alyansının hazırkı rəhbəri Korney Nanqaa çatdırıb. Məlumatı diplomatik və təhlükəsizlik mənbələri təsdiqləyib. Hazırda Qoma şəhərində gərgin döyüşlər davam edir.


Müəllif: Arzu
Seçilən
5
30
teleqraf.com

10Mənbələr