AZ

Avropa İttifaqı Rusiya neftini daşıyan gəmilərə sanksiya tətbiq edib

Rusiya neftini daşıyan gəmilərə sanksiya tətbiq edilib.

Avropa İttifaqının sanskiyalar siyahısına düşmüş tankerlərin sayı 79-a çatıb.

Operativ Media" xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Markus Lammert bildirib.

Onun sözlərinə görə, Ukraynadakı münaqişəyə görə Rusiyaya qarşı 15 sanksiyalar paketi çərçivəsində, başlıca olaraq neft və metan daşıyan 79 gəmiyə qarşı məhdudlaşdırıcı ölçülər tətbiq olunub.

Rəsmi Brüssel həmin gəmiləri Rusiyanın “kölgə donanması” kateqoriyasına daxil edib.

Xatırladaq ki, dekabrın 16-da Avropa İttifaqı Rusiyaya qarşı sayca 15-ci sanksiyalar paketini təsdiq edib. Aİ Şurasının bəyanatında qeyd olunur ki, “iqtisadi və fərdi məhdudlaşdırıcı ölçülər” Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə əlaqədar olub. Son sanksiyalara tanımış rusiyalı jurnalist Tina Kandelaki və daha 15 rusiyalının adları salınıb.

Seçilən
14
6
operativmedia.az

10Mənbələr