AZ

Həftənin ən yaxşı oyunçusu seçildi

Çempionlar Liqasında liqa mərhələsinin 7-ci turunun matçlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Nominantların sırasına Vinisius Junior (Real), Xulian Alvares (Atletiko), Rafinya (Barselona) və Lyuk de Yonq (PSV) layiq bilinmişdi.

Bu oyunçuların hər biri rəqib qapılarından iki top keçiriblər. Vinisius “Zalstburq” (5:1), Alvares “Bayer-04” (2:1), Rafinya “Benfika” (5:4), De Yonq isə “Srvena Zvezda”ya (3:2) 2 qol vurmuşdu. UEFA-nın rəsmi saytında keçirilən səsvermə nəticəsində Alvares həftənin ən yaxşı oyunçusu seçilib.

Seçilən
8
1
football-plus.az

2Mənbələr