Fransa ABŞ prezidenti Donald Trampın adanı ələ keçirmək təhdidlərinə cavab olaraq Qrenlandiyaya qoşun yeritmək imkanını Danimarka ilə müzakirə etməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Məlumata görə, Fransa Xarici İşlər Nazirliyinin rəhbəri bu məsələni Danimarkanın baş naziri Mette Frederiksenlə müzakirə edib. Fransanın "Sud" radiosuna verdiyi müsahibədə Barrot deyib ki, Fransa Qrenlandiyada qoşun yerləşdirmək məsələsi barədə Danimarka ilə müzakirələrə başlayıb. O qeyd edib ki, zərurət yaranarsa, digər Aİ ölkələri də öz ordusunu göndərə bilər.
O, Avropa sərhədlərinin suverenliyini xatırladıb və qeyd edib ki, heç kimin onları pozmağa haqqı yoxdur.
Müəllif: Arzu