AZ

QHT-lər Xarici İşlər Nazirliyi ilə paralel eyni BƏYANATLARI VERİR- POLİTOLOQDAN ETİRAZ

"Xarici İşlər Nazirliyi adından “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması ilə əlaqədar həqiqəti əks etdirməyən, feyk məlumat yayılıb.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi  artıq açıqlama yayıb və bunu ölkəmizin informasiya mühitinə müdaxilə xarakteri daşıyan dezinformasiya kampaniyasının tərkib hissəsi olmasını bildirib. Vətəndaşları ancaq rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağırıb".

Bu sözləri Moderator.az-a açıqlamaslnda politoloq Yeganə Hacıyeva bildirib.
 
"Maraqlıdır ki, az sonra Milli Məclisinin “Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası” da  bəyanat yayaraq vətəndaşlara çağırış edib. 
 
Qanunverici orqanın kimi Milli Məclisinin komissiyasının ictimayəti məlumatlandırmaq kimi hansı öhdəlik və məsuliyyəti var ? 
 
Bir müddətdir ki, ölkədə qht-lər də azca qala Xarici İşlər Nazirliyi ilə paralel , eyni məzmunlu bəyanatlar verirlər. 
 
Bu qədər diletantlıq nəyin göstəricisidir?".
Seçilən
8
50
moderator.az

10Mənbələr