AZ

“Keşmiş daxili işlər naziri yaltaqları ətrafına yığaraq ölkə rəhbərinə pərəstiş ovqatı yaratmışdı...”

“DİN orqanları telefon danışıqlarına qulaq asmaqla, MK, Nazirlər Soveti işçiləri, onların arvadları barədə hər cür məişət xəbərləri toplamaqla məşğul olurdular... Bütün bunlar Bağırovun birbaşa göstərişi ilə törədilirdi...”
 
“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...
 
İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”
 
Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...
 
Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.
Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.
 
Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:
 
“İstintaq materiallarından...
 
 (Əvvəli burada: )
 
Şahid Xentov Pavel Vladimiroviç: 
 
“DİN və DTN orqanlarının kəşfiyyat işinə Bağırov özü rəhbərlik edirdi. O, özünü misli-bərabəri olmayan olmayan çekist hesab edirdi. Hətta MK-ya keçəndən sonra da kəşfiyyat işinə o rəhbərlik edirdi. Bununla əlaqədar qeyd etməliyəm ki, xarici- gizli işə göndərilənlər Bağırovun yanında müsahibədən keçməli idilər. Belə ki, 1943-cü ildə müharibə vaxtı həbs olunmuş, “ÇK”-da güllələnmiş müsavat xadiminin oğlu agent Gəncinski mənimlə söhbət zamanı danışırdı ki, İrana göndərilməzdən qabaq o, MK-da Bağırovun yanında müsahibədən keçib. “Babək” ləğəbli agentin İrana göndərilməsində də Bağırovla məsləhətləşiblər... 
Keşmiş daxili işlər naziri Yemelyanov Bağırova yaranmaq üçün əldən-ayaqdan gedirdi. Yaltaqları ətrafına yığaraq, Bağırova pərəstiş ovqatı yaratmışdı. Nazirlik aparatının ixtisaslı çekistləri casusları aşkara çıxarmaq yox, respublikanın məsul işçilərinin qadınlarla əlaqəsi barədə məlumatlar toplamaqla, intim xarakterli sensasiyalar yaratmaqla məşğul olurdular. O cür xəbərlər əsil agent məlumatından daha çox qiymətləndirilirdi. 
DİN orqanları telefon danışıqlarına qulaq asmaqla, MK, Nazirlər Soveti işçiləri, onların arvadları barədə hər cür məişət xəbərləri toplamaqla məşğul olurdular... 
 
Bütün bunlar Bağırovun birbaşa göstərişi ilə törədilirdi. O bütün işçilər barədə, xüsusilə də onu təmin eləməyənlər barədə ifşaedici məlumatlar almağı borc bilirdi... 
 
Əlimizə düşən, Azərbaycan üçün maraq kəsb edən xarici casuslar təcili olaraq Moskvaya göndərilirdi, bununla da onların üzərində bütün iş bitirdi... 
Məsələn, beynəlxalq dərəcəli cinayətkar casus 1913-cü ildən alman kəşfiyyatının zabiti Qakkelberq əlimizə düşmüşdü. Zaqafqaziyadakı işlər üzrə qraf Şülenburqun məsləhətçisi idi. Faşist höküməti tərəfindən Azərbaycana göndəriləcək konkret namizədlər də onunla razılaşdırılırdı... 
 
Mənim yanımda Qakkelberq danışdı ki, I Dünya savaşından sonra o, Zaqafqaziyada məskən salıb. Alman konsulu ilə əlaqədar Tiflisdə işləyib, 1925-27-ci illərdə Beriya onu öz tərəfinə çəkib, bundan sonra məşuqəsi ilə gizlicə Türkiyəyə qaçıb, oradan da Tehrana keçib və ifşa olunana qədər orada iş aparıbmış... 
 
Qakkelberq xarici kəşfiyyatın Zaqafqaziyadakı konkret əlaqələri barədə qiymətli məlumat verə bilərdi. Ancaq Beriyanın və Bağırovun göstərişi ilə o, Moskvaya göndərildi və guya tümədə öldü...”
 
(Davamı var)
 
Təqdim etdi:
 
Sultan Laçın
 
Seçilən
0
50
moderator.az

10Mənbələr