AZ

Ağdamda yeni tikinti işlərinə başlanılır

Azərbaycanın Ermənistan silahlı qüvvələrindən azad olunmuş ərazilərində bərpa və quruculuq işləri sürətlə icra olunmaqdadır.

Day.Az-ın əldə etdiyi məlumata görə, bu işlər çərçivəsində Ağdam rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evləri ilə bağlı yeni layihəyə start verilib.

Belə ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Ağdam rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri həyata keçiriləcək.

Artıq bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi müvafiq işləri yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını "Rabitəinşaat" Açıq Səhmdar Cəmiyyətinə (ASC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, ASC-yə 427 min manat ödəniş edilib.

Seçilən
2
2
day.az

5Mənbələr