Xəbər verdiyimiz kimi, yanvarın 28-də Bakı şəhərində narkotiklə əlaqəli cinayətlərə görə axtarışda olan şübhəli şəxs saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.
Heftelik.az-ın Bakupost.az –a istinadən verdiyi məlumata görə, hadisə Binəqədi rayonunda baş verib.
Rayon sakini 39 yaşlı Ceyhun Aslanov iki polis əməkdaşına bıçaqla xəsarət yetdirib.
Polislər xəsarət alsalar da, əmrə tabe olmayan şəxsi zərərsizləşdirə biliblər.
Polislərin xəsarətinin yüngül olduğu bildirilir.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq olunmaqla, əvvəllər dəfələrlə məhkum olunmuş C.Aslanov zərərsizləşdirilərək xəstəxanaya yerləşdirilib.
Onun yaşadığı ünvandan külli miqdarda narkotik vasitə aşkarlanıb.
Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.