AZ

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının VIII turunda Bakıda iki, Gəncədə isə bir oyun baş tutub.

"Report" xəbər verir ki, turun ilk qarşılaşması Gəncə İdman Sarayında “Gəncə” və “Murov Az Terminal” komandaları arasında olub.

Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Turun digər qarşılaşmaları isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub. Burada “Milli Aviasiya Akademiyası” komandası “Abşeron”la, “Azərreyl” klubu isə UNEC-lə üz-üzə gəlib.

Gərgin keçən “Milli Aviasiya Akademiyası” - “Abşeron” matçında qalib 4 setdə müəyyənləşib. “Milli Aviasiya Akademiyası” rəqibini 3:1 hesabı ilə məğlub edib.

Turun son qarşılaşmasında isə “Azərreyl” 3:0 hesabı ilə UNEC komandasına qalib gəlib.

Yüksək Liqa

28 yanvar

VIII tur

“Gəncə” - “Murov Az Terminal” 2:3 (18:25, 25:18, 20:25, 26:24, 10:15)

“Abşeron” - “Milli Aviasiya Akademiyası” 1:3 (18:25, 28:26, 25:27, 22:25)

“Azərreyl” - UNEC 3:0 (25:9, 25:11, 25:15)

Qeyd edək ki, qadın voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları fevralın 4-də keçiriləcək.

Seçilən
0
3
far.az

4Mənbələr