“Shot Telegram” kanalı xəbər verir ki, Cənubi Koreyanın Busan şəhərindən Çinin Honq-Konqa uçmalı olan “Air Busan” şirkətinə məxsus “Airbus A321” təyyarəsi uçuş-enmə zolağında yanıb.
Təyyarənin göyərtəsində 169 sərnişinin olduğu bildirilir. Onlar, eləcə də ekipaj üzvləri sürətlə təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmasa da, təyyarə tamamilə yanıb.
Bundan əvvəl Muan hava limanında Boeing 737-nin məcburi eniş etdiyi, hasarla toqquşduğu və alovlandığı bildirilmişdi. Təyyarədə 175 sərnişin və altı ekipaj üzvü olub. Son məlumatlara görə, yalnız iki nəfər sağ qala bilib.
//Samir Qurbanov, Editor.az