Səhər yeməyinin əvəzolunmazı sayılan pendir çeşid müxtəlifliyi və hər növün özünəməxsus ətri ilə süfrələri zənginləşdirən qidalardan biridir.
Medianews.az söz.az -a istinadən xəbər verir ki, mütəxəssislər həqiqi ilə saxta pendiri ayırd etməyin 3 üsulu açıqlayıblar.
Etiketləri yoxlayın: Siz etiketləri yoxlayaraq əsl pendiri saxta pendirdən ayıra bilərsiniz. Əsl pendirin tərkibində süd, maya, duz və yararlı mikroorqanizmlər var. Aldığınız məhsulun tərkibində bu inqrediyentlərin yerinə bitki yağı və nişasta kimi məhsullar varsa, bu, aldığınız pendirin saxta olduğunu göstərir.Bu məqamda pendirin yağ tərkibi də önəmlidir. Pendir yağlı qidadır. Əgər aldığınız məhsulun tərkibində az yağ varsa, onun saxta olma ehtimalı yüksəkdir.
Teksturasına və görünüşünə baxın: Pendirin fiziki görünüşü onun saxta olub-olmaması barədə dəqiq fikir əldə etməyə kömək edə bilər. Əsl pendir ağ və ya solğun sarı rəngə malikdir. Çox parlaq və qeyri-homogen rəngləri olan məhsullarda zərərli maddələr ola bilər. Həqiqi pendir kəsildikdə parçalanacaq və ya hamar bir quruluşa sahib olacaq. Pendir rezin kimi uzanırsa, bu onun saxta olduğuna işarədir. Pendirin özünəməxsus qoxusu var. Sözügedən qidada kimyəvi qoxusu varsa, bu onun saxta olduğuna işarədir.
Dad testi: Pendirin həqiqi olub olmadığına əmin olmaq üçün dadına baxa bilərsiniz. Əsl pendirdə maya və südün dadını almaq olar. Pendir tünd qoxuya malikdir. Əgər daddığınız pendir həddindən artıq duzlu və ya yağlı dada malikdirsə, bu, pendirin saxta olduğunun göstəricisidir. Eyni zamanda, əsl pendir ağızda əriyir və xoş hisslər yaradır. Əgər pendiri çeynəməkdə çətinlik çəkirsinizsə, bu onun saxta olduğunun göstəricisidir.