AZ

Salman Ələsgərov əməliyyat olundu

Azərbaycan Birinci Liqasında mübarizə aparan “Qəbələ” komandasının yarımmüdafiəçisi Salman Ələsgərov əməliyyat olunub.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, 23 yaşlı futbolçu 2-ci tip aksesuar navikulyar sümüyün ayrılması və tibialis posterior vətərinin ana navikulyar sümüyə tenodezi ilə bağlı cərrahi müdaxiləyə məruz qalıb.

Ələsgərovun “Liv Bona Dea Hospital”da gerçəkləşən əməliyyatı uğurlu keçib. Futbolçunun ayağı 1 ay gipsdə qalacaq. Ardınca 3 aya qədər gücləndirmə məşqləri keçəcək Salman bundan sonra meydanda hazırlığa start verəcək.

Xatırladaq ki, Salman Ələsgərov cari mövsümdə 1-ci Liqada keçirdiyi 5 oyunda 1 qol vurub.

Seçilən
4
2
arena.az

10Mənbələr