AZ

Serbiyada traktorçular tələbələrin aksiyasına qoşuldu

Serbiyada etiraz aksiyası keçirən tələbələrə traktorçular və yerli baykerlər də qoşulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Serbiyanın "021" xəbər portalı məlumat yayıb.

“Yürüş tələbə şəhərciyindən başlayır və hakim Serb Tərəqqi Partiyasının (SPP) ofisinə qədər davam edəcək. Etirazçılar SPP-nin Novi Saddakı ofisinə toplaşıb, küçəni bağlayıb, şüarlar səsləndirirlər. Polis aksiyaya müdaxilə etmir”, - nəşr qeyd edir.

2024-cü il noyabrın 1-də Novi Sad qatar stansiyasında beton talvarın uçması böyük faciəyə səbəb olub. Bu hadisədən sonra hökumətə qarşı narazılıqlar artıb, tələbələr və vətəndaşlar "Serbiya Stop" şüarı altında etiraz aksiyaları təşkil ediblər.


Müəllif: Arzu
Seçilən
12
teleqraf.com

1Mənbələr