Qərb Ukraynaya silah tədarükünü dayandırsa, Ukraynadakı döyüşlər cəmi bir neçə aya bitəcək".
Publika.az xəbər verir ki, bu barədə o, jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.
“Sponsorluq pulu və sursat qurtararsa, hər şey bir ay yarımdan iki aya qədər bitəcək”, - putin deyib.
Rusiya lideri onu da əlavə edib ki, 2022-ci ildə məhz Qərb ölkələri Kiyev hakimiyyətini sülhlə razılaşmaqdansa, hərbi əməliyyatları davam etdirməyə inandırıblar.
Rusiya Federasiyasının prezidenti əlavə edib ki, əgər Ukraynanın Qərb sponsorlarının sülhə nail olmaq arzusu varsa, deməli, buna gedən yol çox sadədir. Putin həmçinin bildirib ki, o, bir dəfə Baydenə münaqişənin həlli üçün “uyğun siqnallar” göndərib.