AZ

Qalmaqallı bina: 645 ailə komendantdan narazıdır - VİDEO

Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən yeni tikililərin birində yaşayan 645 ailə komendantın fəaliyyətindən narazıdır.

Avtosfer.az-ın məlumatına görə, onlar iddia edirlər ki, qanunsuz şəkildə kommunal qiymətlər artırılır.

"Qiymət qalxıb, üstəlik, xidmət göstərmirlər. İşığı söndürürlər, camaat liftdə qalır, Fövqəladə Hallar Nazirliyindən (FHN) gəlib çıxarırlar", - deyə sakin narazılığını dilə gətirib.

Tikinti şirkətinin sədri Ceyhun Qasımov isə bildirib ki, yaxın vaxtlarda vətəndaşların problemləri həll olunacaq.

Ətraflı Baku TV-nin süjetində:

Seçilən
0
2
avtosfer.az

4Mənbələr