AZ

Siyavuş Novruzovdan Milli Şura ilə bağlı ŞOK AÇIQLAMA

Milli Şuradan nə desəniz, gözləmək olar, çünki bu, birinci hal deyil. Onların Vladimir Putinə məktub yazmalarında təəccüblü heç nə görmürəm. Yüzdə yüz inanıram ki, belə bir müraciət ediblər. Nə olsa, iqtidarın boynuna atırlar. Yolda gedəndə külək vursa, bir ağac qırılıb başlarına düşsə, yenə deyəcəklər ki, bunu da iqtidar qəsdən edib. Öz yarıtmaz fəaliyyətlərini, xəyanətlərini həmişə iqtidarın üstünə atıblar. İfşa olunmuş adamlardır, bunlar haqqında məlumatları bütün Azərbaycan xalqı bilir”. 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

“44 günlük Vətən müharibəsində Ermənistan tərəfindən çıxış edirdilərsə, qazanılan nailiyyətlərə, uğurlara qara yaxmaqla məşğul olurdularsa, “Qisas” əməliyyatının, anti-terror əməliyyatının tam əleyhinə bəyanatlar verdilərsə, sərhədlərin dəqiqləşdirilməsinə qarşı gedirlərsə, bunlardan hər şeyi gözləmək olar. Kimə istəsəniz, hətta Şeytana da müraciət edərlər. Bunlar üçün vətən, xalq, millət, dövlət anlayışı yoxdur, şəxsi maraq anlayışı var. Uzağa getməyək, Aktauda baş verən təyyarə qəzasında hansı şouları düzəltdilər, hamımız gördük. İmişlidəki hadisədən dövlət əleyhinə necə sui-istifadə etməyə çalışdılar? Halbuki yol qəzası idi və cinayətkarlar məsuliyyətə cəlb olundular, istintaq gedir. 1990-cı ildən bəri bu insanların öz siyasətlərini millətin faciəsi üzərində qurmalarının şahidi olmuşuq. Dəfələrlə görmüşük ki, ayrı-ayrı Avropa qurumlarının verdiyi bəyənatlar bunların danışdıqları əsasında olub. Azərbaycan əleyhinə iş aparan QHT-lər, Human Rigts, Beynəlxalq Jurnalistlər Federasiyası və sairlərin yazdıqları bunların qələmindən çıxır. Əslində heç birinin Azərbaycan haqqında məlumatı olmur. Yazdıqlarının hamısı böhtan, yalan, qarayaxmadır”, – komitə sədri bildirib.

Seçilən
4
3
medianews.az

4Mənbələr