Azərbaycanın qadınlardan ibarət millisinin daha bir üzvü - Diana Məmmədova karyerasını Rusiyanın Super Liqa təmsilçisi “Rubin”də davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Super Liqanın mətbuat xidməti məlumat yayıb.
Ötən mövsümü elitanın digər təmsilçisi “Yenisey” klubunda keçirən 26 yaşlı yarımmüdafiəçi ilə müqavilənin detalları açıqlanmayıb.
Məmmədova ötən mövsüm Krasnoyarsk klubunun heyətində 24 oyun keçirib və 1 qol vurub.
Xatırladaq ki, bir müddət öncə Azərbaycan yığmasının müdafiəçisi Alina Dorofeyeva da “Yenisey”dən “Rubin”ə transfer olunmuşdu.