Azərbaycanın qadınlardan ibarət millisinin üzvü Diana Məmmədova karyerasını Rusiyada davam etdirəcək.
Bizim.Media xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Rubin”də çıxış edəcək.
Bu barədə qadınlar arasında keçirilən Superliqanın mətbuat xidməti məlumat yayıb. Məmmədova ilə bağlanana müqavilənin müddəti hələlik açıqlanmayıb.
Diana Məmmədova ötən mövsümü Superliqanın digər təmsilçisi “Yenisey” klubunda keçirib və 24 oyuna 1 qol vurub.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan yığmasının müdafiəçisi Alina Dorofeyeva da “Yenisey”dən “Rubin”ə transfer olunmuşdu.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta