Çempionlar Liqasının “Feyenoord”la səfər matçında (0:3) sıradan çıxan Alfonso Deyvisin durumuna aydınlıq gəlib.
“Bild”in məlumatına görə, tibbi müayinədən sonra “Bavariya”nın zədəli müdafiəçisinin təxminən 4-6 həftə yaşıl meydanlardan kənarda qalacağı məlum olub.
Bu mövsüm Deyvis “Bavariya”nın heyətində bütün yarışlarda 25 matça çıxıb və 1 qol vurub. O, Almaniya klubunda 2018/19 mövsümündən çıxış edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta