ABŞ prezidenti Donald Tramp CNN müxbiri Cim Akostanı təhqir edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Cim getdiyi hər bir yerdə batacaq, çünki o, tam bir "luzer"dir. Jurnalistika tarixinin ən pis, ən vicdansız müxbirlərindən biridir, iyrənc adamdır", - o yazıb.
Trampın sözlərinə görə, Akosta istefa verməyi planlaşdırır.
Müəllif: Arzu