II tip diabet necə inkişaf edir, xəstəlik haqqında hansı miflərə inanmaq olmaz və bu barədə hansı ifadələr doğrudur? Rusiyalı həkim Aleksandr Myasnikov bu barədə "Rossiya" telekanalının efirində danışıb.
II tip diabetin inkişafı üçün risk faktorunun sürətli karbohidratlarla zəngin yüksək kalorili qidalar olduğu bilinir. Xəstəlik insan çox yedikdə, onun pəhrizində tez həzm olunan qidalar çox olduqda, qanda şəkərin səviyyəsi yüksəldikdə və insulin sıçrayışı olduqda inkişaf edir. Üstəlik, 40% hallarda qeyd olunan tip diabet irsi xarakter daşıyır.
"Genetikada diabet varsa risklər dəfələrlə yüksəkdir. Bu, irsi olaraq müəyyən edilmiş xəstəlikdir. Qəti şəkildə bir şey demək olmasa da, buna hazır olmaq lazımdır. Əgər valideynlərinizdə şəkər xəstəliyi varsa, o zaman gənc yaşdan sağlamlığınıza diqqət edin. Deməli, gənc yaşlardan çəki və hündürlük arasında fərqin 100 olmasına, hərəkət etməyə, qarın yağının toplanmasına imkan verməməyə, tərəvəzlər, meyvə, balıq və ətə-az karbohidratları olan hər şeyə güvənməyə başlamaq lazımdır", - deyə bildirən Aleksandr Myasnikov ailəsində diabet xəstəsi olan hər kəsə bunları məsləhət görüb.
Nubar Süleymanova, “İki sahil”