AZ

Ağ Ev-dən sərt qərar: federal qrant və kreditləri dayandırdı

Ağ Ev bütün federal qrantlar və kreditlərə fasilə verilməsini əmr edib.

Axar.az xəbər verir ki, Ağ Evin İdarəetmə və büdcə ofisi bununla bağlı memorandum qəbul edib.

Sənədə əsasən federal agentliklər bütün federal maliyyə yardımının ödənilməsi və digər öhdəliklərlə bağlı fəaliyyətləri müvəqqəti olaraq dayandırmalıdır. Fasilə yeni qrantların verilməsinə də şamil ediləcək.

Qeyd olunub ki, qərar milyonlarla amerikalıya təsir edən dövlət proqramlarını dayandırmağı nəzərdə tutur və bu, hökumət xərclərinə təsir edə bilər.

Memorandum sosial təminat və ya ödənişsiz tibbi sığortaya təsir etməyəcək.

Seçilən
4
4
axar.az

9Mənbələr