Daşkənddən Nyu-Yorka uçan təyyarədə uşaq doğulub
Daşkənddən Nyu-Yorka uçan "Uzbekistan Airways” aviaşirkətinə məxsus təyyarə göyərtəsində uşaq doğulması ilə əlaqədar məcburi eniş edib.Bu barədə aviaşirkətin mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.
"Aviaşirkətin 33-cü ildönümü günü Daşkənddən Nyu-Yorka uçan HY101 reysinin göyərtəsində inanılmaz hadisə baş verib. Uçuş zamanı sərnişinlərdən birinin doğuş sancısı başlayıb. Sərnişin oğlan uşağı dünyaya gətirib”, - məlumatda deyilir.
www.anews.az


