AZ

Mask: ABŞ günə 3 milyard dollar qənaət edəcək

DOGE rəhbəri İlon Mask bildirib ki, ölkə iqtisadiyyatını günə 1 milyard artıq xərcdən xilas edib.

Teleqraf.com xəbər verir ki, Mask bu rəqəmi 3 milyard dollaradək artırmaq fikrindədir.

Onun rəhbərlik etdiyi qurumdan bildiriblər ki, DOGE bu qənaəti lazımsız vəzifələr üçün muzdla işçi götürülməsinin, əcnəbi qurumlara əsaslandırılmamış ödənişlərin dayandırılması və DEI-nin (müxtəliflik, bərabərlik və inklüzivlik prqoramı) ləğvi hesabına edib.


Müəllif: Teleqraf.com
Seçilən
13
teleqraf.com

1Mənbələr