Bakı. Trend:
Azərbaycanda bütün seçki məntəqələrində saat 08:00-dan etibarənbələdiyyə seçkiləri ilə əlaqədar səsverməyə start verilib.
Trend xəbərverir ki, 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 bələdiyyə üzvüseçiləcək.
Bələdiyyə seçkilərində səsvermə keçirilən seçki məntəqələrininsayı 5 846-dır. Bunlardan 5 734-ü daimi, 112-si müvəqqətiməntəqələrdir.
Seçkidə səsvermə hüququ olan 5 961 987 seçici iştirak edəbiləcək.
Bələdiyyə seçkilərində 16 092 namizədin adı seçki bülletenlərinədaxil edilib.
16 092 namizədin 8 424-ü 23 siyasi partiya tərəfindən irəlisürülənlərdir. Namizədlərin 8 504-ü 24 siyasi partiya mənsubları, 7588-i bitərəflərdir. Namizədlərin təqribən 31%-i qadınlar, təqribən82%-i ali təhsillidir.
Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarındaümumilikdə 70 625 müşahidəçi akkreditasiyadan keçib.Müşahidəçilərdən 26 260-ı 24 siyasi partiya tərəfindən təqdimolunan müşahidəçilərdir.
Bələdiyyə seçkilərində mübarizə aparan namizədlərin təqribən41%-i 21-35 yaş arasında olanlardır.0
1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Qeyd edək ki, səsvermə prosesi saat 19:00-dək davam edəcək.