AZ

Günun sonunadək ilkin məlumatları açıqlamağa çalışacağıq

Bakı. Trend:

Məntəqələr bağlandıqdan sonra günun sonunadək ilkin məlumatlarıaçıqlamağa çalışacağıq.

Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədriMəzahir Pənahov bu gün MSK-da jurnalistlərə açıqlamasındadeyib.

MSK sədri bildirib ki, bələdiyyə seçkiləri prezident vəparlament seçkiləri ilə müqayisə edilə bilməz:

“Bələdiyyə seçkilərində 685 bülleten üzrə seçki aparılacaq. Buproses bir az gecikə bilər. İlkin məlumatlar olduqda onlarıictimaiyyətə çatdıracağıq. Hətta qeyri-rəsmi nəticələrin dəictimaiyyətə çatdırılması beynəlxalq praktikada qəbul edilib. Buseçkidə də gec saatlarda da olsa, nəticələri elan etməyəçalışacağıq”.

Qeyd edək ki, bələdiyyə seçkilərində 118 seçki dairəsində 685bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçkibülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK vədairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadankeçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Səsverməprosesi saat 08:00-dan 19:00-dək davam edəcək.

Seçilən
5
24
az.trend.az

10Mənbələr