AzVision.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün Telegram kanalında yazıb.
"Putinə sui-qəsd hazırlamaq nüvə müharibəsinin başlanmasına aparan birbaşa yoldur", -Volodin qeyd edib. O, həmçinin yazıb ki, məlum iddialar bütün beynəlxalq qurumların araşdırmaları üçün əsasa çevrilməlidir.
Xatırladaq ki, məşhur amerikalı jurnalist Taker Karlson bu günlərdə ABŞ-nin keçmiş prezidenti Cozef Bayden administrasiyası tərəfindən Vladimir Putinə sui-qəsd ilə bağlı planların olduğunu açıqlamışdı.
Dövlət Dumasının deputatı Mixail Şeremet isə Karlsonun səsləndirdiyi qalmaqallı iddiaların yoxlanılması üçün cinayət işinin açılacağını istisna etməyib. Şeremet həmçinin ötən ilin yayında hazırkı dövlət başçısı Donald Trampa qarşı sui-qəsdin arxasında keçmiş ABŞ prezidentinin administrasiyasının ola biləcəyini də istisna etməyib.
Qeyd edək ki, yanvarın 28-də Kremlin sözçüsü Dmitri Peskov da brifinq zamanı Karlsonun Bayden administrasiyasının Putini “öldürməyə cəhd etməsi” ilə bağlı bəyanatını şərh edib. O, jurnalistin Kremlə bu barədə hər hansı məlumat daxil olub-olmadığını və əlavə təhlükəsizlik tədbirlərinin görülüb-götürülməməsi ilə bağlı sualı cavablandırarkən deyib: "Putin həmişə Rusiya xüsusi xidmət orqanları tərəfindən qorunur".
Tural Tağıyev
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta