Bakıda 35 saylı Xətai üçüncü seçki dairəsinin 10 saylı məntəqəsində seçici aktivliyi müşahidə olunur.
Bu sözləri "Report"a açıqlamasında 35 saylı Xətai üçüncü seçki dairəsinin 10 saylı məntəqəsinin sədri Mətanət Əskərova deyib.
O bildirib ki, məntəqə üzrə seçici aktivliyi müşahidə olunur:
"Seçicilər tədricən gələrək səsvermədə iştirak edirlər, proses şəffaf keçirilir. Məntəqədə 1383 nəfər seçici qeydiyyatdadır. Bu saata qədər 21 nəfər səs verib. Seçicilərimizin siyahısında müxtəlif yaş kateqoriyalarına aid insanlar var. Ən yaşlı seçicinin 75 yaşı var".