AZ

Məhkum və həbs edilmiş şəxslər 26 seçki məntəqəsində səs verirlər

Məhkum və həbs edilmiş şəxslər bələdiyyə seçkilərində səsvermə hüququndan istifadə edirlər.

APA xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətindən bildirilib.

Məlumata görə, Azərbaycan Respublikasında keçirilən növbəti bələdiyyə seçkiləri ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müəssisələrində saxlanılan müəyyən müddətə və ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar və həbs edilmiş şəxslər, həmçinin Mühafizə alayında müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular hər bir Azərbaycan vətəndaşı kimi seçki hüquqlarından istifadə edirlər.

Bu məqsədlə bütün digər seçki məntəqələrində olduğu kimi, Penitensiar xidmətin tabe qurumlarında da əlverişli seçki mühiti yaradılıb, məntəqələr zəruri avadanlıq və texniki vasitələrlə təchiz olunub.

Məhkum və həbs edilmiş şəxslər penitensiar müəssisələrdə 13 dairəni əhatə edən 26 seçki məntəqəsində azad və sərbəst şəkildə səs verirlər.

Səsvermə prosesi müşahidəçilər tərəfindən izlənilir.

Seçilən
10
50
apa.az

10Mənbələr