AZ

Bu meyvə saxtalaşdırılaraq satılır - VİDEO

Sosial şəbəkələrdə keşyu fıstığının da hazırlanması videosu yaranıb.

News365.az Xəzər TV-yə istinadən bildirir ki, kadrlarda hər hansı şirniyyat və ya un məmulatının hazırlanması əks olunmayıb.

Sən demə bu, keşyu fıstığı və ya keju fındığı adlanan Anakard meyvəsinin saxta versiyasının hazırlanma qaydasıdır.

Quru meyvə satışı ilə məşğul olan Natiq Yusubovun sözlərinə görə, sözügedən məhsul Hindistandan gətirilir, üzərində setfikat və istehsal məlumatları qeyd olunur. Biz belə məhsul satmırıq deyən müsahib bildirir ki, saxta məhsul özünü qiymətindən biruzə verir.

Məsələ ilə bağlı AQTA-dan "Xəzər Xəbər"ə verilən məlumata görə, agentliyin həyata keçirdiyi yoxlama-nəzarət tədbirləri zamanı qeyd olunan çərəz məhsulunda hər hansı uyğunsuzluq aşkarlanmayıb.


Seçilən
4
5
news365.az

8Mənbələr