AZ

Bu gün Nüvə Silahı Əleyhinə Səfərbərlik Günüdür

29 yanvar - Nüvə Silahı Əleyhinə Səfərbərlik Günüdür. 

Missiya.Az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 2001-ci il noyabrın 5-də qəbul etdiyi qərarı ilə bu günü elan edib. 

Həmin təqvim hər il yanvarın 28-29-da 1985-ci ildə Hindistanın paytaxtı yeni Dehlidə qəbul edilmiş Dehli Bəyannaməsinin ildönümü kimi qeyd olunur. Bəyannamədə nüvə silahlanması rəqabətinin dayandırılması və beynəlxalq səviyyədə nüvə silahı cəbbəxanalarının tədricən aradan qaldırılması haqqında çağırış edilib. Bəyannamənin imzalanmasına səbəb hərbi konfliktlər zamanı ətraf mühitə vurulan zərər, müharibələrin bitməsindən çox illər sonra da ekosistemin vəziyyətinə, təbii sərvətlərə, hətta bir nəslin həyatına olan mənfi təsir haqqında hər kəsi məlumatlandırmaqdır.

Zərintac Mayisqızı

Missiya.Az

Seçilən
5
missiya.az

1Mənbələr