AZ

“Siyəzən Broyler” ASC - MƏHKƏMƏYƏ VERİLİB

“Siyəzən Broyler” ASC-yə gömrük qaydaları əleyhinə olan (mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta üzrə cərimələnə bilər.

FED.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol irəli sürülüb.

 İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə  Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

İş Xaçmaz Rayon Məhkəməsində hakimNərmin Abiyevanın icraatındadır.

Məhkəmə baxış iclası 12 fevral 2025-ci ildə saat 11:00-a təyin edilib. Qeyd edək ki, 28 yanvar 2025-ci il, saat 11:10-a təyin edilmiş iclasa nümayəndə gəlmədiyi üçün həmin iclas keçirilməyib.

Seçilən
8
1
fed.az

10Mənbələr