ABŞ dövlət katibi Marko Rubio ilə Misirin xarici işlər naziri Bədr Abdelatti arasında telefon danışığı olub.
Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, tərəflər Qəzzadakı vəziyyəti və anklavda hakimiyyətin HƏMAS-a qaytarılmamasını müzakirə edib.
Qeyd olunub ki, diplomatlar həmçinin Qəzzada girovların azad edilməsi və atəşkəsin təmin edilməsi ilə bağlı da fikir mübadiləsi aparıblar.
Daşqın HəsənovMissiya.Az