Qubada kişi dəm qazından zəhərlənərək ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ötən gün Ramazanov Zöhrab Müslüm oğlu yaşadığı həyətdə yerləşən sanitar qovşaqda olan zaman ora quraşdırılmış su qızdırıcı avadanlıqdan dəm qazının sızması nəticəsində zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.