AZ

Günun sonunadək nəticələrə dair ilkin məlumatları açıqlamağa çalışacağıq - MSK sədri

Məntəqələr bağlandıqdan sonra günun sonunadək ilkin məlumatları açıqlamağa çalışacağıq.

Olaylar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün MSK-da jurnalistlərə açıqlamasında deyib.

MSK sədri bildirib ki, bələdiyyə seçkiləri prezident və parlament seçkiləri ilə müqayisə edilə bilməz:

"Bələdiyyə seçkilərində 685 bülleten üzrə seçki aparılacaq. Bu proses bir az gecikə bilər. İlkin məlumatlar olduqda onları ictimaiyyətə çatdıracağıq. Hətta qeyri-rəsmi nəticələrin də ictimaiyyətə çatdırılması beynəlxalq praktikada qəbul edilib. Bu seçkidə də gec saatlarda da olsa, nəticələri elan etməyə çalışacağıq".

Qeyd edək ki, bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Səsvermə prosesi saat 08:00-dan 19:00-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
2
olaylar.az

3Mənbələr