Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin təqvimiilə yeni ilin başlaması münasibətilə Çin Xalq Respublikasının SədriSi Cinpini təbrik edib.
Trend xəbərverir ki, dövlətimizin başçısı çinli həmkarına ünvanlandığı təbrikməktubunda bildirib: “Çin təqvimi ilə yeni ilin qədəm basmasınıqeyd edən, təbiətin oyanışının və həyatın yenidən canlanmasınınrəmzi olan Çuntsze bayramının bütün xalqınıza xoş əhvali-ruhiyyə,bol ruzi-bərəkət və rifah bəxş etməsini arzulayıram.
Azərbaycan-Çin dövlətlərarası əlaqələrinin strateji tərəfdaşlıqsəviyyəsinə yüksəlməsi məmnunluq doğurur. Biz Çin ilə sağlamtəməllər üzərində qurulmuş, qarşılıqlı inam və etimada əsaslananəməkdaşlığımızın hərtərəfli inkişafına böyük önəm veririk. Əminəmki, dostluq münasibətlərimizin və qarşılıqlı fəaliyyətimizinxalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi vədərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra damüvəffəqiyyətlə davam etdirəcəyik”.
Prezident İlham Əliyev bu bayram münasibətilə Si Cinpini birdaha ürəkdən təbrik edib, ona möhkəm cansağlığı, xoşbəxtlik vəişlərində uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıqarzulayıb.